28/11/2021
20:33
1105
| A A A
Cerrarddan rekord göstərici

Stiven Cerrard yeni klubu Aston Villa tarixində ən yaxşı məşqçilik startlarından birini keçirib.

Goal.az xəbər verir ki, ingilis mütəxəssis komandanın tarixində iki qalibiyyətlə başlayan ikinci məşqçi olub.

Xatırladaq ki, Cerrard debüt oyununda Brighton-a 2:0, ikinci görüşdə Crystal Palace-a 2:1 hesabı ilə qalib gəlib.

Aston Villa-da ardıcıl iki qələbə ilə başlayan ilk məşqçi 1997/98-ci ilin ortalarında Con Qreqori olub.

Hazırda Aston Villa Premyer Liqanın turnir cədvəlində 11-ci pillədə qərarlaşıb.