29/11/2021
16:28
1242
| A A A
Məşhur məşçi Liverpool-a keçir

Braziliya millisinin və Galatasaray-ın keçmiş qapıçısı Klaudio Taffarel Liverpool-la anlaşıb.

Goal.az xəbər verir ki, braziliyalı sabiq futbolçu Liverpool-da qapıçılar üzrə məşqçi kimi fəaliyyət göstərəcək.

55 yaşlı Taffarel daha əvvəl Galatasaray-da və Braziliya yığmasında məşqçi kimi çalışıb.

O, Türkiyə klubunda 2011-2016 və 2018-2019-cu illərdə qapıçı məşqçisi kimi işləyib.