30/11/2021
22:12
1948
| A A A
Salah ilin futbolçusu seçildi

Liverpool-un futbolçusu Məhəmməd Salah ilin oyunçusu seçilib.

Goal.az xəbər verir ki, misirli hücumçu İngiltərə və Uels Futbol Azarkeşləri Assosiasiyasının keçirdiyi səsvermənin qalibi olub.

Salah karyerasında ikinci dəfə bu mükafatı qazanıb. O, 2018-ci də ən yaxşısı seçilib.

Məhəmməd səsvermədə Chelsea-nin futbolçusu Meyson Maunt, West Ham-dən Mikael Antonio, Manchester City-dən Fil Foden və Ruben Diaş, Leicester City-dən Yuri Tilemansı qabaqlayıb.