02/12/2021
11:58
2053
| A A A
Liverpool-dan iki rekord

Liverpool İngiltərə Premyer Liqasının 14-cü turunda Everton-u məğlub edib – 4:1.

Goal.az xəbər verir ki, Mersisayd təmsilçisi bu qələbə ilə çempionatda 2 rekorda imza atıb.

Liverpool Premyer Liqada ardıcıl 18 matçdır ki, azı 2 qol vurur. Sonuncu dəfə Sunderland komandası 1926/1927 mövsümündə ardıcıl 17 oyunda azı iki qol vurmağı bacarıb.

Liverpool bundan başqa, ardıcıl 14 səfər oyunudur ki, azı 2 qol vurub. Bundan əvvəl Preston komandası 1888/1889 mövsümündə ardıcl 13 oyunda bu göstəriciyə nail olub.