02/12/2021
16:09
1732
| A A A
Qvardiola Ferqusonu keçdi

Manchester City-nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasında 150-ci qələbəsini qazanıb.

Goal.az xəbər verir ki, ispan mütəxəssis bu göstəriciyə Aston Villa ilə səfər oyununda (4:1) nail olub. Bu, Qvardiolanın “şəhərlilər”lə çempionatdakı 150-ci qələbəsi olub.

Pep Qvardiola bu qələbə sayına 204 oyunda çatıb. O, bu göstəricidə Manchester United-in keçmiş baş məşqçisi Aleks Ferqyusonu geridə qoyub. Ferqyuson 150 qələbəyə 247 matçda nail olmuşdu.