03/12/2021
10:38
1446
| A A A
Ronaldo 800-ü keçdi

Premyer Liqanın 14-cü turunda Arsenal-la oyun Manchester United-in futbolçusu Kriştiano Ronaldo üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, 36 yaşlı hücumçu görüşdə dubl edib. O, 52 və 70-ci dəqiqələrdə fərqlənib. Bu isə Ronaldonun karyerasındakı karyerasında 800 və801-ci qol kimi düşüb. Daha əvvəl heç kim belə nəticə əldə etməyib.

Ronaldo Manchester United-də 129 (307 oyun), Real Madrid-də 450 (438 oyun), Juventus-da (134 oyun) 101 və Sporting-də (31 oyun) 5 qol vurub. Onun millidə keçirdiyi 184 oyunda 115 qolu var.

Qeyd edək ki, ötən gün Manchester United 3:2 hesablı qələbə qazanıb.