03/12/2021
20:47
1303
| A A A
Premyer Liqada ayın ən yaxşısı adına namizədlər

İngiltərə Premyer Liqasında ayın məşqçisi adına namizədlər açıqlanıb.

Goal.az xəbər verir ki, noyabrın ən yaxşısı adına 3 mütəxəssis iddia edir.

Aston Villanın yeni baş məşqçisi Stiven Cerrard da bu siyahıda yer alıb. Onun rəqibləri dəfələrlə ən yaxşı seçilmiş Yurgen Kloppla (Liverpool) Pep Qvardioladır (Manchester City).

Qeyd edək ki, oktyabrda mükafata Chelsea-nin baş məşqçisi Tomas Tuxel sahib çıxıb.