05/12/2021
17:07
2808
| A A A
Chelsea-də ciddi itki

Chelsea ciddi itkiylə üzləşib.

Goal.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Kay Haverts sıradan çıxıb.

Alman futbolçu West Ham-lə keçirilən Premyer Liqa matçında zədələnib.

Havertsin son durumu tibbi müayinədən sonra bilinəcək.

Chelsea West Ham-ə səfərdə 2:3 hesabıyla uduzub.