18/01/2022
10:51
1453
| A A A
Everton-un baş məşqçisi postuna namizədlər

Everton-da baş məşqçi Rafael Benitesin istefaya göndərilməsindən sonra bu posta namizədlər məlum olub.

Goal.az xəbər verir ki, Premyer Liqa təmsilçisində bu vəzifəyə əsas namizədlər Frenk Lempard (klubsuz), Ueyn Runi (Derby County), Qraham Potter (Brighton) və Roberto Martinesdir (Belçika yığması).

Everton rəhbərliyi namizədlərlə görüşüb, yekun qərarını verəcək.

Qeyd edək ki, Everton Premyer Liqada 15-ci sıradadır.