23/01/2022
12:50
2165
| A A A
Arsenal Artetayla bağlı qərarını verdi

Arsenal baş məşqçisi Mikel Arteta ilə bağlı qərarını verib.

Goal.az xəbər verir ki, London klubu ispaniyalı mütəxəssisin uzun müddət komandada qalmasını istəyir.

Bu səbəbdən “topçular” 40 yaşlı çalışdırıcıya yeni müqavilə təklif edəcək. Komanda hazırda Premyer Liqada 6-cı pillədə qərarlaşmasına baxmayaraq, rəhbərlik onun işindən məmnundur.

Qeyd edək ki, Mikel Artetanın Arsenal-la hazırkı müqavilə müddəti gələn ilin yayına qədərdir.