23/01/2022
13:26
1631
| A A A
Ranyeri istefaya göndərilir?

İngiltərə Premyer Liqasının daha bir klubu baş məşqçi dəyişikliyinə hazırlaşır.

Goal.az xəbər verir ki, Watford hazırkı çalışdırıcısı Klaudio Ranyerini istefaya göndərməyi nəzərdən keçirir.

Premyer Liqanın XXIII turunda doğma arenasında Norwich-ə böyük hesabla uduzan (0:3) Watford rəhbərliyi təhlükəli zonada qərarlaşan komandanın durumundan narazıdır. Bu səbəbdən klubun Çempionşipə düşməsinin qarşısının alınması üçün tezliklə Ranyerinin vəzifəsindən qovulması gözlənilir.

Qeyd edək ki, Watford hazırda 14 xalla turnir cədvəlinin 18-ci pilləsində qərarlaşır.