23/01/2022
17:14
1724
| A A A
Ronaldodan zəif göstərici

Manchester United İngiltərə Premyer Liqasının 23-cü turunda Markus Reşfordun sonuncu dəqiqədə vurduğu qolla West Ham-i məğlub edib – 1:0.

Goal.az xəbər verir ki, sözügedən matçın 9-cu dəqiqəsində cərimə zərbəsi yerinə yetirən Kriştiano Ronaldo uğursuz göstəriciyə imza atıb.

Ronaldo 2017/18 mövsümündən bu yana 90 dəfə cərimə zərbəsi yerinə yetirib və bunların sadəcə birində qol vurmağı bacarıb.