07/05/2022
18:27
1311
| A A A
Chelsea ulduz futbolçusuyla müqaviləni yeniləyir

Chelsea yarımmüdafiəçi Meyson Mauntun müqaviləsini uzatmaqda maraqlıdır.

Goal.az xəbər verir ki, Chelsea-də transferlərə qoyulan məhdudiyyətlər “zadəganlar”ın 23 yaşlı futbolçu ilə müqaviləni uzatmasına mane olur.

Mauntun Chelsea ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatır.

Futbolçu bu mövsüm bütün yarışlarda 50 oyuna çıxıb, 12 qol vurub və 15 məhsuldar ötürmə edib.