08/05/2022
00:14
1446
| A A A
Manchester United Çempionlar Liqasında oynamayacaq

Manchester United Premyer Liqa matçında səfərdə Brighton-a 4:0 hesabı ilə uduzub və Çempionlar Liqasının 2022/23 mövsümünə vəsiqə qazanmaq şansını itirib.

Goal.az xəbər verir ki, qolları Moyses Kaysedo (15-ci dəqiqə), Mark Kukurella (49), Paskal Qross (57) və Leandro Trossard (60) vurub.

Manchester United 37 oyundan sonra 58 xal toplayıb və İngiltərə çempionatının turnir cədvəlində altıncıdır. Dördüncü pillədə qərarlaşan Arsenal-ın 34 oyundan sonra 63 xalı var. Premyer Liqanın sonunda ilk dörd yeri tutan komanda Çempionlar Liqasına yüksələcək. (report)