Lukaku gələcəyi ilə bağlı qərar verib
Chelsea-nin hücumçusu Romelu Lukaku gələcəyi ilə bağlı qərar verib.
Goal.az xəbər verir ki, belçikalı futbolçu daha bir il Chelsea-də qalmağı düşünür. Lukakunun "zadəganlar"la 2026-cı ilə qədər nəzərdə tutulmuş müqaviləsi var.
Qeyd edək ki, Lukaku bu mövsüm Chelsea-nin heyətində 24 oyun keçirib və 7 qol vurub.