Arsenal-da yeni müqavilə
Arsenal yarımmüdafiəçisi Mohammed El-Neni ilə yeni müqavilə üçün danışıqlara başlayıb.
Goal.az xəbər verir ki, El-Neninin Arsenal-la müqaviləsi bu yay başa çatır. Misirli futbolçunun bazar dəyəri 9 milyon avro məbləğində qiymətləndirilir.
Qeyd edək ki, El-Neni bu mövsüm Arsenal-ın heyətində 11 oyun keçirib və 2 məshuldar ötürmə edib.