11/05/2022
16:51
1866
| A A A
Liverpool və Mane razılaşa bilmir

Liverpool hücumçusu Sadio Mane ilə yeni müqavilə imzalamaq istəyir.

Goal.az xəbər verir ki, seneqallı futbolçunun Liverpool-la cari müqaviləsi 2023-cü ilə qədər nəzərdə tutulub. Tərəflər yeni sözləşmə üçün bir neçə dəfə görüşsələr də razılıq əldə edə bilməyiblər.

Qeyd edək ki, Mane bu mövsüm Liverpool-un heyətində 33 oyun keçirib, 15 qol vurub və 2 məhsuldar ötürmə edib.