12/05/2022
15:52
1736
| A A A
Deklan Raysa fantastik təklif

West Ham futbolçusu Deklan Raysı heyətində saxlamaq niyyətindədir.

Goal.az xəbər verir ki, London klubu 23 yaşlı yarımmüdafiəçiyə yeni müqavilə də təklif edib.

“Çəkicdöyənlər” Raysla 2030-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə bağlamaq istəyir. Dayaq yarımmüdafiəçisi təklifi qəbul etsə, həftədə 200 min funt sterlinq qazanacaq. Bu, klub tarixində mütləq rekorddur. West Ham-in heç bir oyunçusu bu qədər qazanmayıb.

Lakin Deklanın özü top-klublardan birinə keçmək istəyir. Manchester United-dən də təklif alan futbolçu seçim etməkdə tələsmir.

Qeyd edək ki, 2019-cu ildən İngiltərə yığmasına da çağırılan Rays millidəki 29 matçda 2 qola imza atıb. (apasport)