12/05/2022
19:23
645
| A A A
Watford-un yeni baş məşqçisi müəyyənləşdi

Watford-un yeni baş məşqçisi bəlli olub.

Goal.az xəbər verir ki, bu vəzifəyə Rob Edvards təyin edilib.

40 yaşlı uelsli mütəxəssislə imzalanmış müqavilənin detalları açıqlanmayıb.

İngiltərə Premyer Liqasını tərk edəcəyi dəqiqələşən Watford növbəti mövsümdən Çempionşipdə mübarizə aparacaq.