13/05/2022
16:55
1116
| A A A
Aqueroya heykəl ucaldıldı — FOTO

Manchester City sabiq futbolçusu Serxio Aqueroya heykəl ucaldıb.

Goal.az xəbər verir ki, argentinalı hücumçunun heykəli klubun Etihad stadionunun yaxınlığına qoyulub.

Klubun Premyer Liqada ilk titulunu və 44 ildən sonra ilk İngiltərə çempionluğunu qazandığı günə həsr edilən heykəlin açılışı olub. Komanda 2012-ci il mayın 13-də məhz Aqueronun 90+3-cü dəqiqədə QPR-ə vurduğu qol sayəsində çempion adını qazanmışdı.

Qeyd edək ki, Aquero 2011-2021-ci illərdə Manchester City-də çıxış edib. O, 260 qolla klub tarixinin bombardiridir.