13/05/2022
18:51
1034
| A A A
Premyer Liqada mövsümün futbolçusu adına 8 namizəd

İngiltərə Premyer Liqasında mövsümün futbolçusu adına namizədlər müəyyənləşib.

Goal.az xəbər verir ki, mükafata 8 namizəd iddia edir. Bunlar Trent Aleksander-Arnold, Məhəmməd Salah (hər ikisi Liverpool), Cerrod Bouen (West Ham), Joao Kanselo, Kevin de Bruyne (hər ikisi Manchester City), Bukayo Saka (Arsenal), Son Hın Min (Tottenham) və Ceyms Uord-Prouzdur (Southampton).

Qeyd edək ki, mövsümün futbolçusu azarkeşlər, futbol mütəxəssisləri və klubların kapitanları arasında keçiriləcək səsvermə nəticəsində müəyyənləşəcək.