14/05/2022
17:26
1360
| A A A
Tottenham Konte ilə bağlı qərar verib

Antonio Konte Tottenham-in baş məşqçi postunda qalacaq.

Goal.az xəbər verir ki, klub rəhbərliyi italiyalı mütəxəssisi postunda saxlamağa qərar verib.

London təmsilçisi Çempionlar Liqasına vəsiqə qazanmasa belə, Konte postunu tərk etməyəcək. Paytaxt təmsilçisi mütəxəssisə maraq göstərən digər klubların təkliflərini də nəzərdən keçirməyəcək.

Qeyd edək ki, Tottenham Premyer Liqanın hesabat turunda Arsenal-a 3:0 hesabı ilə qalib gəlib. (apasport)