Chelsea Mauntla bağlı qərar verib
Chelsea yarımmüdafiəçisi Meyson Maunta yeni müqavilə təklif edəcək.
Goal.az xəbər verir ki, ingiltərəli futbolçu hazırda Chelsea-də ən aşağı maaş alan oyunçulardandır. Chelsea rəhbərliyi Mauntun maaşını ən az 2 dəfə çoxaltmağı düşünür.
Qeyd edək ki, Maunt cari müqaviləsinə əsasən həftəsinə 80 min funt-sterlinq qazanır.