26/05/2022
11:16
2313
| A A A
İngiltərə Premyer Liqasında mövsümün ən zəif "11-liy"i açıqlanıb

İngiltərə Premyer Liqasında 2021/2022 mövsümünün ən zəif futbolçuldan ibarət komandası açıqlanıb.

Goal.az xəbər verir ki, siyahıda Manchester United-in 6 oyunçusu yer alıb.

Seçim zamanı oyunlara tamaşaçı marağının aşağı səviyyədə olması, xərclənən vəsaitlə nəticələr arasındakı uyğunsuzluq və zədə amilləri əsas götürülüb.

Qapıçı: Kepa Arrisabalaqa Chelsea

Müdafiəçilər: Aaron Van-Bissaka, Rafael Varan, Harri Maquayr (hər üçü Manchester United), Xunior Firpo (Leeds United)

Yarımmüdafiəçilər: Pol Poqba, Brunu Fernandeş (hər ikisi Manchester United), N Qolo Kante (Chelsea)

Hücumçular: Markus Reşford (Manchester United), Aleksandr Lyakazett (Arsenal), Romelu Lukaku (Chelsea)

Qeyd edək ki, İngiltərə Premyer Liqasında geridə qalan mövsümün qalibi Manchester City olub. (report)