29/05/2022
22:32
1420
| A A A
Ranqnik Manchester United-dən ayrıldı

Manchester United-in sabiq baş məşqçisi Ralf Ranqnik “qırmızı şeytanlar”la yollarını ayırıb.

Goal.az xəbər verir ki, Ole Qunnar Sulşerin istefasından sonra müvəqqəti baş məşqçi təyin olunan təcrübəli mütəxəssis, mövsüm bitən kimi bu postu tərk etmişdi.

Lakin o, klubda qalıb məsləhətçi kimi fəaliyyətini davam etdirməliydi. Amma Mançester təmsilçisinin yaydığı məlumata görə, Ranqnik bu vəzifəsindən də istefa verib. Ranqnik tam olaraq Avstriya yığmasına köklənmək istədiyini bəyan edib. 

Qeyd edək ki, Manchester United-i bundan sonra Ajax-ın keçmiş baş məşqçisi Erik Ten Haq çalışdıracaq. Ranqnik isə Avstriya yığmasının baş məşqçisi kimi işini davam etdirəcək.