Manchester United-in transfer büdcəsi müəyyənləşdi
Manchester United rəhbərliyi yay transferləri üçün 140 milyon funt-sterlinq ayıracaq.
Goal.az xəbər verir ki, yeni baş məşqçi Erik ten Haqın planlarına daxil olmayan futbolçuların satışı hesabına bu məbləğin artacağı istisna edilmir.
Qeyd edək ki, Antoni Marsial, Fred, Edinson Kavani, Aron Van-Bisaka və Erik Bayinin satılacağı gözlənilir.