Manchester United ulduz futbolçusuyla yollarını ayırdı
Fransa milli komandasının futbolçusu Pol Poqba Manchester United-lə yollarını ayırıb.
Goal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçinin iyunun sonunda başa çatacaq müqaviləsi uzadılmayıb. O, komandanı azad agent qismində tərk edəcək.
Qeyd edək ki, Pol Poqba İngiltərə klubunda 233 oyuna 39 qol və 51 məhsuldar ötürmə ilə yadda qalıb.