Manchester United-də mövsümün futbolçusu seçildi
Manchester United-də 2021/22 mövsümünün ən yaxşı oyunçusu müəyyənləşib.
Goal.az xəbər verir ki, qapıçı David De Xea geridə qalan mövsümdə “qırmızı şeytanlar”ın ən yaxşısı seçilib.
O, ötən mövsüm 7 dəfə matçın futbolçusu seçilib. Yalnız Kristiano Ronaldoda eyni sayda belə mükafat var. De Xea ardıcıl üç ay – noyabr, dekabr və yanvar aylarında Manchester United-in ən yaxşı oyunçusu seçilib.
Qeyd edək ki, nəticədə komandanın futbolçuları da ispaniyalı qolkiperi mövsümün ən yaxşısı hesab edib.