06/06/2022
20:30
1476
| A A A
Liverpool-da yeni müqavilə

Liverpool yarımmüdafiəçi Ceyms Milnerlə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

36 yaşlı ingilis futbolçunun mersisaydlılarla anlaşması iyunun sonunda başa çatırdı. Onun yeni sözləşməsinin detalları açıqlanmayıb.

Qeyd edək ki, komandanın vitse-kapitanı olan Milner 2015-ci ildən Liverpool-da çıxış edir.