Manchester United-də kapitan dəyişikliyi
David De Xea Manchester United-in yeni kapitanı ola bilər.
Goal.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yeni baş məşqçisi Erik ten Haq komandanın lideri kimi məhz De Xeanı görür.
Ötən mövsüm MU-in kapitanı Harri Maquayr olub. Amma ingilis futbolçu oyun keyfiyyətinə görə ciddi tənqidlərə məruz qalıb.