07/06/2022
12:55
978
| A A A
Chelsea ulduz futbolçusunun müqaviləsini yeniləyir

Chelsea yarımmüdafiəçi Meyson Mauntla müqaviləni uzatmaq niyyətindədir.

Goal.az xəbər verir ki, London klubu 23 yaşlı ingilis futbolçunu komandanın vacib üzvü hesab edir və onu saxlamaq istəyir.

O, 2021/22 mövsümündə 53 matçda 13 qol vurub və 16 məhsuldar ötürmə verib.

Qeyd edək ki, Meysonun klubla hazırkı müqaviləsi 2024-cü ilin iyun ayına kimi qüvvədədir.