09/06/2022
11:50
1124
| A A A
Arsenal-da mövsümün futbolçusu seçildi

Arsenal-ın yarımmüdafiəçisi Bukayo Saka komandanın 2021/22 mövsümünün ən yaxşı futbolçusu seçilib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Saka azarkeşlərin səslərinin 58 faizini qazanıb.

Saka ötən mövsüm Arsenal-ın heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.