Liverpool-da rəsmi ayrılıq
Liverpool futbolçusu Divok Origi ilə yollarını ayırıb.
Goal.az xəbər verir ki, belçikalı hücumçunun müddəti bitən müqaviləsi yenilənməyib.
Origi 2014-cü ildən Liverpool-da çıxış edirdi. O, bu komanda ilə 175 oyunda 41 qol, 18 məhsuldar ötürmə ilə yadda qalıb.