10/06/2022
19:56
2301
| A A A
Premyer Liqada mövsümün rəmzi komandası açıqlandı

İngiltərə Peşəkar Futbolçular Assosiasiyası Premyer Liqanın 2021/2022 mövsümünün rəmzi komandasını açıqlayıb.

Goal.az xəbər verir ki, rəmzi komandada Liverpool-dan 6, Manchester City-dən 3, Manchester United və Chelsea-dən isə bir futbolçu yer alıb:

Qapıçı: Allison Bekker (Liverpool);

Müdafiəçilər: Trent Aleksander-Arnold (Liverpool), Joao Kanselo (Manchester City), Antonio Rüdiger (Chelsea), Virgil van Dayk (Liverpool);

Yarımmüdafiəçilər: Tyaqo Alkantara (Liverpool), Kevin De Bruyne, Bernardo Silva (hər ikisi Manchester City);

Hücumçular: Sadio Mane, Məhəmməd Salah (hər ikisi Liverpool), Kriştiano Ronaldo (Manchester United)