Qarabağ-ın sabiq qapıçısı Everton-la müqaviləni uzadıb
Qapıçı Asmir Beqoviç Everton-la yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Bildirilib ki, A.Beqoviç ilə müqavilə birmövsümlükdür.
Xatırladaq ki, bosniyalı qapıçı ötən mövsüm Everton-un heyətində 7 oyuna çıxıb, 13 qol buraxıb.
Qeyd edək ki, bosniyalı Chelsea-nin tərkibində İngiltərə çempionu olmaqla yanaşı, Qarabağ-la da Azərbaycan çempionu olub. (report)