13/06/2022
20:30
788
| A A A
Chelsea-də yeni müqavilə

Chelsea futbolçusu Billi Gilmorun müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər artırılıb.

2020-ci ilin fevralından "zadəganlar"ın əsas komandasında çıxış edən şotland futbolçu son mövsümü icarə əsasında Norwich City-də keçirib.