19/06/2022
11:17
1104
| A A A
Premyer Liqa klubu yaranma tarixini dəyişdi

Crystal Palace-nın yaranma tarixi dəyişdirilib.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Bu vaxta qədər Crystal Palace-ın loqotipində klubun yaranma tarixi 1905-ci il göstərilirdi. Yeni loqotipdə isə yaranma tarixi kimi 1861-ci il göstərilib.

Bu dəyişiklikdən sonra Crystal Palace dünyanın ən yaşlı peşəkar klubuna çevrilib.