19/06/2022
11:44
769
| A A A
Arsenal-da yeni müqavilə

Arsenal hücumçusu Eddi Nketianın müqaviləsini yeniləyib.

Goal.az xəbər verir ki, 23 yaşlı futbolçu ilə müqavilənin müddəti açıqlanmır.

Nketia Arsenal-ın öz yetirməsidir. O, klubun əsas komandasında meydana çıxdığı 92 oyunda 23 qol vurub.

İngiltərə yığmasının da üzvü olan gənc futbolçunun yeni mövsümdən bu klubun əfsanəsi olan Tyerri Anrinin geyindiyi 14 nömrəli forma altında çıxış edəcəyi diqqətə çatdırılıb.