27/06/2022
15:30
1476
| A A A
Ronaldo Manchester United-in yeni kapitanı ola bilər

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Manchester United-in yeni kapitanı ola bilər.

Goal.az xəbər verir ki, 37 yaşlı hücumçu hazırkı kapitan Harri Maquayrı əvəzləyəcək.

Buna səbəb ingiltərəli müdafiəçinin tez-tez azarkeşlərin tənqidinə məruz qalmasıdır. Yekun qərar "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haqla Rinaldu arasından söhbətdən sonra qəbul olunacaq.

Qeyd edək ki, Kriştiano Ronaldo ötən mövsüm 38 oyunda meydana çıxıb. O, 24 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. (report)