Tottenham-də yeni müqavilə
Tottenham futbolçusu Ben Deyvislə müqaviləni yeniləyib.
Goal.az xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Uelsli müdafiəçi ilə sözləşmənin müddəti 2025-ci ilin yayına qədər artırılıb.
Qeyd edək ki, 29 yaşlı müdafiəçi 2014-cü ildən Tottenham-də çıxış edir.