26/07/2022
10:06
1578
| A A A
Ronaldo Manchester United-in düşərgəsinə qayıdıb

Portuqaliya millisinin futbolçusu Kriştiano Ronaldo Manchester United-in düşərgəsinə qayıdıb.

Goal.az xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"dakı gələcəyini klub rəhbərliyi ilə müzakirə etmək üçün bu addımı atıb. Təcrübəli forvard Mançester təmsilçisinin baş məşqçisi Erik ten Haqla da görüşəcək.

Daha əvvəl, "Daily Mail" nəşri Ronaldunun İspaniyanın Atletico Madrid-ə keçə biləcəyini yazıb. Hətta Madrid təmsilçisinin bunun üçün fransalı hücumçu Antuan Qrizmannla müqaviləyə xitam verməyə hazır olduğu bildirilib.

Qeyd edək ki, Kriştiano Ronaldonun Manchester United-lə 2023-cü ilin yayınadək müqaviləsi var. (report)