28/07/2022
18:00
2674
| A A A
Ronaldo müqaviləsinin ləğvi üçün Manchester United-ə müraciət edib

Manchester United-in futbolçusu Kriştiano Ronaldo İngiltərə klubuna müqaviləsini ləğv etmək istədiyini bildirib.

Goal.az xəbər verir ki, 37 yaşlı hücumçu "qırmızı şeytanlar"a UEFA Çempionlar Liqasında mübarizə aparan komandada çıxış etmək niyyətində olduğunu açıqlayıb.

Lakin Mançester təmsilçisi portuqaliyalı forvardı buraxmaq istəmir.

Qeyd edək ki, Kriştiano Ronaldonun Manchester United-lə 2023-cü ilin yayınadək müqaviləsi var. (report)