Chelsea-də Vernerlə bağlı qərar verildi
Chelsea-nin hücumçusu Timo Verner növbəti mövsümdə də klubda qalacaq.
Goal.az xəbər verir ki, Chelsea-nin baş məşqçisi Tomas Tuxel 26 yaşlı futbolçunu komandasının liderlərindən biri kimi görür.
Daha əvvəl almaniyalı hücumçu ilə Juventus-un maraqlandığı bildirilirdi.
Qeyd edək ki, Verner ötən mövsüm 37 matçda 11 qol vurub, 6 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 30 iyun 2025-ci ilə qədərdir.