30/07/2022
10:10
2010
| A A A
İngiltərədə ötən mövsümün ən güclü komandası müəyyənləşdiriləcək

Bu gün İngiltərədə ötən mövsümün ən güclü komandası müəyyənləşəcək.

Goal.az xəbər verir ki, İngiltərə Superkuboku uğrunda matçda son kubokun qalibi Liverpool-la son ölkə çempionu Manchester City üz-üzə gələcək.

Bakı vaxtı ilə saat 20:00-da başlayacaq görüşə qədər Liverpool bu titulu 15, City 6 dəfə qazanıb.

Bu matçda Liverpool-da braziliyalı qapıçı Alison qarın ağrısına, portuqaliyalı Dioqu Jota əzələ zədəsinə görə oynaya bilməyəcək. Aleks Oksleyd-Çemberleyn də mövsümöncəsi Asiya turnesi zamanı zədə alıb. Həmçinin, yunan müdafiəçi Kostas Tsimikasın oynaması sual altındadır.

"Şəhərlilər"də isə ciddi itki yoxdur. Yalnız İspaniya millisinin mərkəz müdafiəçisi Aymerik Laportun zədəyə görə meydana çıxmayacağı dəqiqdir. Fransalı sol cinah müdafiəçisi Benjamen Mendi isə ona qarşı qaldırılmış zorlama maddəsi ilə cinayət işi üzrə oynaya bilməyəcək.

Qeyd edək ki, bu görüş Lester şəhərinin "Kinq Pauer" stadionunda olacaq. (report)