30/07/2022
12:38
1805
| A A A
Tanınmış baş məşqçi Aleks Ferqyuson Manchester United-ə qayıdıb

Əfsanəvi baş məşqçi Aleks Ferqyuson Manchester United-ə qayıdıb.

Goal.az xəbər verir ki, mütəxəssis klubun icraçı direktoru Riçard Arnolda kömək edəcək yeni analitik ekspertlər qrupuna qoşulub. Qrupa həmçinin klubun keçmiş icraçı direktoru Devid Qill, Manchester United-in keçmiş kapitanı Brayan Robson və klubun idman direktoru Con Merto da daxildir.

Qeyd edilir ki, Ferqyusson, demək olar, on il əvvəl komandanın baş məşqçisi vəzifəsindən getdikdən sonra indi həmişəkindən daha çox təsirə malik olacaq.

Şotlandiyalı 1986-2013-cü illərdə Manchester United-in baş məşqçisi olub. O, Britaniya futbol tarixinin ən titullu məşqçisidir. Klubda işlədiyi müddətdə komanda rekord sayda titul, o cümlədən İngiltərə Premyer Liqasında 13 qələbə və Çempionlar Liqasında 2 qələbə qazanıb.

İndi kluba Erik ten Haq rəhbərlik edir. (report)