30/07/2022
13:37
1560
| A A A
Ronaldo Manchester United-də nə vaxt oynayacağını açıqlayıb

Manchester United futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo komandasının Rayo Vallecano ilə yoldaşlıq oyununda iştirak edəcəyini açıqlayıb.

Goal.az xəbər verir ki, hücumçu bu barədə sosial şəbəkədəki hesabında yazıb.

Görüş iyulun 31-də “qırmızı şeytanlar”ın doğma stadionu “Old Trafford”da baş tutacaq.

Hücumçu yazıb ki, şənbə günü Atletico Madrid-lə yoldaşlıq oyunu üçün təyyarə ilə Osloya uçan Manchester United-in futbolçuları siyahısına salınmayıb.

"Kral” bazar günü oynayacaq", - Ronaldo qeyd edib. (report)