31/07/2022
16:24
932
| A A A
Manchester City-nin futbolçusu əməliyyat olundu

Manchester City-nin müdafiəçisi Emerik Laport komandanın qarşıdakı oyunlarını buraxacaq.

Goal.az xəbər verir ki, “şəhərlilər”in baş məşqçisi Pep Qvardiola futbolçunun dizindəki problemlərə görə əməliyyat olunduğunu bildirib:

“Laport zədəlidir. O, əməliyyat olunub. Ötən mövsüm son bir neçə oyunu zədə ilə keçirdi, inanılmaz səy göstərdi. Amma artıq bacarmadı. Hər şey yaxşı olarsa, o, sentyabrda qayıdacaq”.