Ronaldo Manchester United-dən ayrıldı — RƏSMİ
Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Manchester United-dən ayrıldığını təsdiqləyib.
Goal.az xəbər verir ki, 37 yaşlı forvard "qırmızı şeytanlar"a uğurlar arzu edib:
"Manchester United-lə danışıqlardan sonra müqaviləmi ləğv etmək barəsində qarşılıqlı razılığa gəldik. Mən MU azarkeşlərini sevirəm və bu, heç vaxt dəyişməyəcək. Yeni bir çağırış üçün doğru zamandır. Manchester United-ə uğurlar arzu edirəm".