24/11/2022
15:43
20439
| A A A
Ronaldoya 2 oyunluq cəza verildi

İngiltərə Futbol Federasiyası Manchester United-dən ayrılan Kriştiano Ronaldonu cəzalandırıb.

Goal.az xəbər verir ki, buna səbəb portuqaliyalı hücumçunun ötən mövsüm Everton-la matçdan sonrakı davranışı olub. Federasiya 37 yaşlı futbolçuya 2 oyunluq cəza verib. Bundan əlavə Ronaldoya 50 min funt-sterlinq məbləğində cərimə olunub.

Qeyd edək ki, Kriştiano Ronaldo 9 aprel tarixində baş tutan Everton - Manchester United görüşündən sonra onu kameraya çəkən gənc azarkeşin telefonunu qırmışdı. Ulduz futbolçu daha sonra həmin fanatdan üzr istəmişdi. (sportal)