14/01/2023
12:10
7427
| A A A
Chelsea 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Chelsea 7 futbolçu ilə vidalaşmağa hazırlaşır.

Goal.az xəbər verir ki, yeni komanda formalaşdıran baş məşqçi Qrem Potter Hakim Ziyeş, Kay Haverts, Kristian Pulişiç, Kalidu Kulibali, Jorjinyo, Sesar Asplikueta və Pyer-Emerik Obameyanqın xidmətində maraqlı deyil.

İddiaya görə, "zadəganlar" sözügedən oyunçuları satmaq və ya icarəyə vermək variantını nəzərdən keçirir. Yalnız Jorjinyo ilə bağlı plan fərqlidir. İtaliyalı yarımmüdafiəçi ilə cari mövsümün sonunda başa çatacaq müqavilə yenilənməyəcək.

Klub uzun müddətdir Chelsea-nin şərəfini qoruyan futbolçulardan təkcə Meyson Maunt və N Qolo Kante ilə sözləşmənin müddətini uzatmaq niyyətindədir. (report)